YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər, inkişaf, rifah

Şəkidə seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Şəki rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, təşviqat qrupunun üzvləri Məcid Əliyev, Nuralı Çələbiyev çıxış ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyevin Azərbaycanın inkişafı, xalqın firavanlığı üçün etdikləri göz önündədir. Dövlət başçısı təməli Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan daxili və xarici siyasət xəttini uğurla davam etdirməklə ölkədə sosial-siyasi sabitliyin qorunmasına, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin əldə olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasına nail olub.

Natiqlər cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni dövrdə də yeni uğurlara imza atacağına əminlik ifadə edib, rayon sakinlərini fevralın 7-də keçiriləcək “Zəfər seçki”sində fəal iştirak etməyə dəvət ediblər.  

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.