YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gərgin əməyin nəticəsi

Tovuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Tovuz şəhəri və rayonun Əhmədabad, Yanıqlı, Cəlilli, Düz Cırdaxan kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvüləri İlqar Kərimov, Məzahir Bayramov, Mücaməddin Axundov, Qasım Hüseynov, Nazim Quliyev, Rauf Rüstəmov, Şahid Nağıyev və şəhid atası Şəmşəd Məmmədov çıxış ediblər.

Çıxış edənlər ölkəmizdə gedən tikinti abadlıq-quruculuq işlərindən, yeni yolların çəkilişindən, xalqın sosial rifahına yönəlmiş layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin gündən-günə artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişdən, dayanıqlı inkişafdan söhbət açaraq, bu nailiyyətlərin düşünülmüş və məqsədyönlü siyasət, gərgin əməyin nəticəsində əldə olunduğunu diqqətə çatdırıblar.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Rayon sakinləri isə fevralın 7-də seçki məntəqələrinə gedərək dövlətimizin parlaq gələcəyinə, inkişafına, ölkəmizdəki əmin-amanlığa səs verəcəklərini bildiriblər.