YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yolumuza davam edəcəyik!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Saatlı rayonunun Nəsimikənd, Sımada, Fətəlikənd və Günəşli kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, təşviqat qrupunun üzvləri Elşən Əzizov, Zülfüqar Bayraqdarov, Daşdəmir Ulfanov və Nuhəli Kərimov, Vətən Müharibəsi Qəhrəmanı Murad Əflətov çıxış ediblər.

Qeyd olunub ki, uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın dayanıqlı iqtisadi inkişafı daha da sürətlənib. Məhz uzaqgörən və düşünülmüş siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Ölkə iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərəçarpan yüksəliş, bir tərəfdən, respublikamızın geniş inkişaf potensialını əks etdirir. İqtisadi qüdrətimizin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.

Natiqlər vurğulayıblar ki, cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın qarşısında daha geniş üfüqlər açılıb. Bundan sonra da xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Təşviqat qrupunun üzvləri seçiciləri ölkəmizin yeni zəfərlərə imza atması naminə qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv