YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Haqqa, ədalətə gedən yolun qalib Lideri!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Qobustan rayonunun Cəyirli, Çalov və Dərəkənd kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, partiyanın Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, təşviqat qrupunun üzvləri Ənvər Qayıbov, Vüqar Hüseynov və Nihat Şahverdiyev çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə istər iqtisadi, siyasi müstəvidə, istərsə də beynəlxalq miqyasda Azərbaycan böyük nailiyyətlərə imza atıb. Azərbaycanın tarixi qələbəsini təmin edən, ərazi bütövlüyünü və suverenliyini bərpa edən cənab İlham Əliyev tarixi missiyasını yeni uğurlarla, yeni zirvələr fəth etməklə davam etdirəcək.

Seçicilər də öz növbəsində qarşıdan gələn Zəfər seçkisinin əhəmiyyətini vurğulayaraq qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv