YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bölgədə söz sahibiyik!

Xocavənd rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Beyləqan rayonu ərazisindəki 320 ailəlik qəsəbədə məskunlaşmış Xocavənd rayonundan olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, təşviqat qrupunun üzvləri Zeynal İmanov, Arzu Quliyeva çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirib: “Bu gün Azərbaycan bölgədə və dünyada söz sahibi olan güclü ölkələr sırasındadır. Cənab İlham Əliyevin 20 illik fəaliyyətinin ən uğurlu nəticəsi isə Şuşada, Xocalıda, Xankəndidə Azərbaycanın Dövlət Bayrağının qaldırılmasıdır”.

Natiqlər vurğulayıblar ki, Azərbaycan xalqı fevralın 7-də Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək yeni şanlı tarixin yazılmasına səs verəcəklər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri Vətən müharibəsi şəhidi Ceyhun Nüsrətlinin və partiya veteranı Elmira Hüseynovanın ailələrini ziyarət ediblər.

DİGƏR Xəbərlər Arxiv