YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Riçard Hoqland: Azərbaycan “Yeni İpək Yolu” layihəsində vacib rol oynayır

ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin baş köməkçisi Riçard Hoqland Azərbaycana səfəri ilə bağlı iyulun 23-də mətbuat konfransı keçirib.

R.Hoqland ölkəmizə səfərinin məqsədinin “Yeni İpək Yolu” layihəsi ilə bağlı müzakirələr aparmaq olduğunu bildirib. O, Azərbaycanın bu layihədə vacib rol oynadığını vurğulayıb və layihənin böyük perspektivlərinin olduğunu qeyd edib.

Dövlət katibi müavininin baş köməkçisi ABŞ şirkətlərinin ötən zamanlarda Azərbaycana böyük investisiyalar yatırdığını deyib və inandığını bildirib ki, bu, gələcəkdə də davam edəcək.

Regionda cərəyan edən hadisələrə toxunan R.Hoqland İranın nüvə proqramına dair imzalanan sənədi tarixi sənəd adlandırıb. O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi altı ay ərzində bu sənədin texniki aspektlərinə baxacaq.