YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TürkPA-nın baş katibi ATƏT-in Daimi Şurasında çıxış edəcək

ATƏT-in Serbiya sədrliyinin dəvəti ilə TürkPA-nın baş katibi Jandos Asanov ATƏT Daimi Şurasının iyulun 23-də keçiriləcək iclasında çıxış edəcək.

TürkPA-dan bildiriblər ki, J.Asanov Şura üzvlərini assambleyanın son fəaliyyətləri, gələcək məqsəd və vəzifələri haqqında məlumatlandıracaq.

Daimi Şura ATƏT-in Vyanada yerləşən mənzil qərargahında müntəzəm olaraq toplanan, ATƏT məkanında baş verən məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edən əsas qərarverici orqanlardan biridir. Ənənəvi olaraq, ATƏT-in fəaliyyətdə olan sədrliyi ATƏT məkanında yerləşən regional təşkilatların təmsilçilərini Daimi Şurada çıxış etmək və onların fəaliyyətləri haqqında məlumat vermək üçün dəvət edir. TürkPA 2012-ci və 2013-cü illərdə də ATƏT sədrliyi tərəfindən dəvət olunub.