YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyevin xalq qarşısında xidmətləri misilsizdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da İsmayıllı rayonunun Qurbanəfəndi kəndində seçicilərlə görüş keçirilib.

Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, həmçinin təşviqat qrupunun üzvləri Hafiz Kərimov və Xalid Seyidov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərdən, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflərdən geniş söhbət açılıb.

Seçicilər fevralın 7-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə həyata keçirən, onun ideyalarını yaşadan Liderimiz İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, yanvarın 19-da İsmayıllı şəhərində seçicilərlə fərdi görüşlər də keçirilib. Şəhid Elbrus Həsənovun anası Pambıq Həsənova, şəhid Vaqif Məşədiyevin həyat yoldaşı Ədibə Əliyarova ilə görüşdə onların qayğı və problemləri dinlənilib.  

DİGƏR Xəbərlər Arxiv