YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq artıq öz seçimini edib

Xocavəndlilərlə seçkiqabağı təşviqat kampaniyası çərçivəsində görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-19-da Xocavənd rayonundan olan şəhid ailələri ziyarət edilib, qəsəbələrdə görüşlər keçirilib.

YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov Xocavənd rayonundan olan şəhidlər Şirxan Quliyevin və Məzahir Göyüşovun ailələri, həmçinin partiya veteranları Əmiraslan Bayramov və İxtiyar Zeynalovun ailələri ilə görüşüb. Görüşlərdə torpaqlarımızın azadlığı uğrunda vuruşan şəhidlərin ailə üzvlərinə və qazilərə göstərilən qayğıdan bəhs edilib.

Şəhid ailələrinin üzvləri cənab İlham Əliyevin müstəqil Azərbaycanın firavanlığı naminə apardığı siyasətə dəstək ifadə edərək 7 fevral seçkilərində  qalib Liderimizə səs verəcəklərini vurğulayıblar.