YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sonsuz sevgi və inam qazanan Lider

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, təşviqat qrupunun üzvləri Məmməd Məmmədov, Çapay Quliyev və Anar Abuzərli çıxış ediblər. Çıxışlarda bildirilib ki, 2003-cü ildə ilk dəfə Azərbaycanda prezident seçilən Ümummilli Liderimizin layiqli siyasi davamçısı cənab İlham Əliyev təməlləri möhkəm atılmış Azərbaycan dövlətini yeni dövrün tələblərinə, siyasi-hüquqi və sosial-iqtisadi çağırışlarına uyğun və operativ şəkildə inkişaf etdirdi. Ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmləndirildi, Azərbaycan bir sıra regional və beynəlxalq iqtisadi, kommunikasiya-nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edərək onları qısa zamanda reallaşdırıldı, ölkə əhalisinin rifah halı yüksəldildi. Eyni zamanda, cənab İlham Əliyevin uğurlu diplomatik siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri gücləndirildi, ordu quruculuğuna böyük diqqət yetirildi. Bütün bunların nəticəsində dövlət başçısı ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdi. Bütün bunlar xalqımızın qəlbində cənab İlham Əliyevə sonsuz sevgi, inam və etimad yaradıb. Vurğulanıb ki, fevralın 7-də Azərbaycan seçicisi hamılıqla prezident seçkilərində iştirak edərək öz səsini Yeni Azərbaycan Partiyasının namizədinə verəcək.

Görüşdə çıxış edən Qaraxanbəyli sakinləri vurğulayıblar ki, seçkilərdə mütəşəkkil iştirak edərək, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv