YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabul rayonunun Abdulabad kəndində seçiçilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 18-də  Hacıqabul rayonunun Abdulabad kəndində seçicilərlə görüşlər keçirilib.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri Hökmalı Mirzəyev, Vüsal Nağıyev, Qarabağ qazisi İntiqam Abdulov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Zəfər seçkisi kimi tarixə düşəcək 7 fevral prezident seçkiləri ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunmasının daha bir göstəricisidir. Müstəqillik dövründə ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilərin keçirilməsi bu reallığı təsdiqləyir.

Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyi dönməz və əbədiyyətə doğru istiqamətlənmiş prosesə çevrilib, ölkəmiz dünya birliyində mühüm mövqelər qazanıb. Prezident İlham Əliyev verdiyi bütün vədləri tam yerinə yetirib, bütün dünya azərbaycanlılarının lideri olduğunu təsdiqləyib.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və 7 fevral tarixində hamılıqla seçki məntəqələrinə gələrək qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağıriblar.

Görüşdə seçicilər ölkəmizin inkişafı, dövlətimizin daha da qüdrətlənməsi naminə YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv