YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Səfərli: Mətbuat cəmiyyətin aynasıdır

«Mətbuat cəmiyyətin aynasıdır. Bu mənada, mətbuat dövlətin iqtisadi imkanlarına və ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bunun nəticəsi olaraq Azərbaycan mətbuatı inkişaf yolundadır». Bu fikirləri Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

V.Səfərli bildirib ki, hüquqi dövlət və açıq cəmiyyət quruculuğu yolunu seçən respublikamızın qlobal informasiya məkanına daxil olması cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun şəkildə ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə və müasir dövrün tələblərinə uyğunlaşdırılmasına ehtiyac yaradır. Onun sözlərinə görə, dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı düzgün dəyərləndirən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirir. Bu gün internet azadlığı şəraitində ölkədə söz və mətbuat azadlığına hansısa maneə yoxdur, jurnalistlər istədiklərini mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdırırlar.

«Kütləvi informasiya vasitələrinin son 12 ildə dinamik inkişaf yolu keçməsi Ulu öndərin mütərəqqi ənənələrinin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Möhtərəm Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə yönəlmiş bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir. Dövlətimizin rəhbəri milli mətbuatımızın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etdirilməsini vacib sayır. Milli mətbuatın 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə «Əməkdar jurnalist» fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri, qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirdi»- deyə, V.Səfərli vurğulayıb.