YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yardımlı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il  fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Yardımlı rayonunun Avaş və Arvana  kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, YAP Gənclər Birliyinin üzvü İlqar Quliyev, təşviqat qrupunun üzvü Rafiq Əliyev çıxış ediblər. Çıxışçılar bildiriblər ki, son 20 il ərzində ölkə­miz uğurla inkişaf edib, bütün istiqamət­lər üzrə qarşıya qoyulan vəzifələr yük­sək səviyyədə həyata keçirilib. Eləcə də, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan geniş­miqyaslı bərpa-quruculuq layihələri dövlətimizin gücünün daha bir göstəricisidir.

Vurğulanıb ki, Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində qalibiyyət rəmzi olan üçrəngli bayrağımız dalğalanır. Bu möhtəşəm qələbənin müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Çıxış edən seçicilər fevralın 7-də xalqımıza qalibiyyət sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv