YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-da nəşr olunan “The Jewish Press” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqalə dərc edilib. “Heydər Əliyev və liderliyin mənası” adlı məqalənin müəllifi Kaliforniya ştatında yaşayan yəhudi din xadimi Ravvin Simxa Qrindir.

Müəllif böyük liderlərin öz ölkələri uğrunda fədakarcasına apardıqları uzaqgörən siyasətin önəmindən söz açaraq Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən bəhs edir. Simxa Qrin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin göstərdiyi liderlik üstünlüklərini qeyd edir. Bildirir ki, məhz Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik siyasət nəticəsində bu gün Azərbaycanda müxtəlif dini etiqadlar, o cümlədən müsəlmanlar və yəhudilər qarşılıqlı ehtiram və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanın malik olduğu tolerantlıq ənənələrinin digər dövlətlər üçün nümunə olduğunu bildirən müəllif bu nailiyyətin qazanılmasında ümummilli lider Heydər Əliyevin mühüm rolunun olduğunu vurğulayır. Qeyd edir ki, məhz Heydər Əliyevin cəsarətli liderliyi nəticəsində bu gün Azərbaycan güclü, sağlam və dayanıqlı dəyərləri özündə təcəssüm etdirir.

Müəllif məqalədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ulu Öndərlə bağlı fikirlərinə də yer verir. “Heydər Əliyev öz dərin təcrübəsinə və Vətəninə olan güclü sevgisinə əsaslanan müdrik və cəsur qərarlar verərək Azərbaycanı parçalanmaqdan və tamamilə məhv olmaqdan xilas etdi”, - deyə Nəsimi Ağayev bildirir. Diplomat vurğulayır ki, Heydər Əliyev bir çox daxili və xarici təhlükələri dəf edərək Azərbaycanın müharibə vəziyyətindəki zəif bir ölkədən sürətlə inkişaf edən və müasirləşən ölkələrdən birinə çevrilməsi erasını başlatdı. Heydər Əliyev öz parlaq liderliyi ilə Azərbaycan xalqının xəyallarını gerçəkləşdirərək ölkəmizi ortaq məqsədə - rifaha, sülhə və harmoniyaya istiqamətləndirdi.

Məqalə sosial şəbəkələrdə də geniş yayılıb.

 

DİGƏR Xəbərlər Arxiv