YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabad rayonunda növbəti görüş

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Cəlilabad rayonunun Hamarqışlaq və Gülməmmədli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, təşviqat qrupunun üzvləri Razi Məmmədov, Günel Məmmədova və başqaları çıxış ediblər. Son 20 ilin uğurlarından bəhs edən natiqlər bu dövrdə sosial-iqtisadi sahədə və siyasi arenada əldə edilən nailiyyətləri xüsusi vurğulayıblar. Azərbaycan hazırda dünyanın ən sabit, dayanıqlı inkişaf edən ölkələrindən birinə çevrilib. Dövlətimizin başçısı verdiyi bütün vədləri yerinə yetirərək xalqın böyük inam və etimadını qazanıb. Azərbaycan Silahlı Qüvvələri bu müddətdə dünyanın ən güclü orduları sırasında qərarlaşıb.

Seçicilər bildiriblər ki, dövlətimizin daha güclənməsi, inkişafı üçün cənab İlham Əliyev kimi Liderə böyük ehtiyacımız var. Ona görə də, 7 fevralda seçim qalib Lider İlham Əliyev olacaq. 

DİGƏR Xəbərlər Arxiv