YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əsrin Lideri

Göyçayda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Göyçay rayonunun İnçə və Alxasava kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, təşviqat qrupunun üzvləri Xəlil Orucov, Adil Məmmədov və Arzu Burcalıyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən işlər göz qabağındadır. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması görülən işlərin məntiqi nəticəsidir.

Natiqlər partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycanın gələcək inkişafının əhəmiyyətindən danışıb, fevralın 7-də keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq göstərməyə çağırıblar. 

Çıxış edən kənd sakinləri isə 7 fevral prezident seçkilərində birmənalı olaraq yeni əsrin Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv