YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir dünyamızın ən parlaq Lideri

İmişli rayonunda seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də İmişli rayonunun Qulubəyli, Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ataları İlham Vəliyev, İsrayıl Əbilov, Seymur Gülalıyev, təşviqat qrupunun üzvləri Novruz Quliyev, Saleh Səmədov, Qasım Qasımov, Orucəli Qasımov, İsrəfil Quliyev, Mehman Qasımov, Ziya Paşayev və Bakir Əliyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, son iyirmi il Azərbaycanın dövlətçi­lik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həya­tının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Azərbaycanın zəngin iqti­sadi, siyasi və hərbi potensialı artmışdır. Bütün bu nailiyyətlərin təməlin­də Ulu Öndər Heydər Əliyevin başladığı və cənab İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

Çıxış edənlər ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək Zəfər seçkisinin qalibinin cənab İlham Əliyevin olacağına əminlik ifadə ediblər. 

Seçicilər də müasir dünyamızın ən parlaq liderlərindən olan Müzəffər Ali Baş Komandana səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv