YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzlular qələbəmizin memarına səs verəcəklər

Oğuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Oğuz rayonu Muxas kənd seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri Emin Cəfərov, Təranə Zəkəriyyəyeva, İradə Məmmədova, şəhid atası Eyvaz Feyzullayev, şəhid qardaşı Etibar Fərhadov, Ramiz Məmmədov, Şirinbəy Əhmədov və Niyazi Abdulxalıqov çıxış ediblər.

Çıxışlarda dövlət başçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycanın sürətli inkişafa nail olduğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, təhsil və səhiyyə sahələrində mühüm uğurların əldə edildiyi vurğulanıb.

Bildirilib ki, seçkilər dövlətin və cəmiyyətin həyatında həlledici rola malikdir. Buna görə də qarşıdan gələn seçkilərdə iştirak etmək olduqca zəruridir.

Çıxış edən seçicilər isə tarixi qələbəmizin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv