YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ağsaqqalların və ziyalıların seçimi İlham Əliyevdir!”

Saatlı şəhərində ziyalılar və ağsaqqallarla görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-da Saatlı şəhərində ziyalılar və ağsaqqallarla görüş keçirilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, təşviqat qrupunun üzvləri Sədafər Hüseynov, Lətif Şimşəkov, Ənvər Rizmanov, Ədalət Şükürov və şəhid atası Qabil Nəciyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev yolunu, irsini ən layiqli şəkildə davam etdirir.

Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qətiyyəti və siyasi iradəsi ilə xalqımız düşmən üzərində şanlı qələbə qazanıb və bununla da bölgədə sülhün tam bərqərar olması üçün yeni imkanlar yaranıb.

Çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində aktiv iştirak etməyə və cənab İlham Əliyevi dəstəkləməklə Azərbaycanın firavanlığına, sabitliyə səs verməyə çağırıblar.