YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə seçicilər ilə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Tərtər rayonunun Bəyimsarov kəndində şəhid  Nicat İsgəndərovun ailə üzvləri və digər sakinlərlə görüş keçirilib.

Görüşlərdə YAP Tərtər rayon  təşkilatının sədri Eldar Əsədov, təşviqat qrupunun üzvləri Cəlahani Sərxan, Adil Hüseynov, Fazil Vəliyev  və başqaları çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti gələcək uğurlarımız üçün əsl mayak rolunu oynayır. Bu strategiya dövlətimizin təkcə bu günü deyil, gələcək nailiyyətləri üçün də əvəzsiz töhfədir. Son 20 ildə qazandığımız nailiyyətlər tarixi reallıqdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib.

Görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyevi Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən bir lider olduğunu bildiriblər.