YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf yolunda...

Sumqayıt şəhərində Cəbrayıl rayonundan olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Sumqayıt şəhərində Cəbrayıl rayonundan olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, təşviqat qrupunun üzvü Elçin Hüseynbəyli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev və başqaları çıxış edərək son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəlmiş layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişdən, dayanıqlı inkişafdan bəhs ediblər. Natiqlər seçiciləri müasir Azərbaycanı son 20 ildə böyük zirvələrə qaldıran, bu gün qürurla bəhs etdiyimiz nailiyyətlərin memarı olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində Azərbaycanın dövlət bayrağını Xankəndində ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini söyləyiblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə başa çatıb.