YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədi seçicilərinin mövqeyi məlumdur

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Ağcabədi rayonunun Ağabəyli və Cəfərbəyli kəndlərində  seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Vətən Müharibəsi qazisi Ramil Nağıyev, təşviqat qrupunun üzvləri Gülşən Həsənova və  Məhbubə Əliyeva çıxış ediblər. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası növbəti seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Bu şüarın seçilməsi heç də təsadüfü deyil. Çünki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətt Azərbaycanı yeni inkişaf mərhələsinə çatdırıb. Növbəti prezident seçkilərinin özəlliyi ondadır ki, indi seçkilər bütün ərazilərimizdə keçirilir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv