YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı bu dəfə də düzgün seçim edəcək

Qazax rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunun  Kəmərli kəndində  seçicilərlə  görüş keçirilib.

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Firdovsi Umudov, Məmməd Yusifov, Bəsti Ələkbərova, İsgəndər Qurbanov və Kazım Kazımlı, şəhid atası Elxan Abdullayev çıxış ediblər.

Qeyd olunub ki, zamanın bütün sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın  Qalib Lideri” şüarı  ilə inamla və qətiyyətlə gedir. Çünki Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident tərəfindən uğurla davam etdirilərək xalqımıza yeni uğurlar, nailiyyətlər, möhtəşəm qələbələr bəxş edir.

Çıxış edənlər Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 20 il ərzində misilsiz fəaliyyətindən ətraflı danışıb, müasir dövrdə Azərbaycan xalqının və dövlətinin böyük tarixi nailiyyətlər əldə etməsinin Prezident cənab İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlı olduğunu vurğulayıblar.  44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasının,  ərazi bütövlüyümüzün  və suverenliyimizin  bərpa olunmasının bunun əyani sübutu olduğunu qeyd ediblər.

Natiqlər qəti əminliklə bildiriblər ki, Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, düzgün seçim edəcək.

Seçicilər vurğulayıblar ki, səsvermə hüququ olan bütün sakinlərimiz seçkilərdə fəal iştirak edəcəklər və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv