YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” sənədli filminin təqdimatı olacaq

İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” qısametrajlı sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Film Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili” adlı layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilib.

Filmdə Azərbaycanın işğal altında olan ərazilərindəki xristian dövrü bazilika və monastrları üzərindəki ornamental görüntülərin ermənilər tərəfindən dəyişdirilməsindən söhbət açılır. Ermənilərin bu ərazilərdəki abidələrə erməni kilsəsi statusu verməsi xüsusi həyəcanla təqdim edilir.

Tədbirdə çıxış edənlər erməni vandalizmindən bəhs edən bu ekran əsəri barədə fikirlərini bölüşəcəklər.

Sonda filmi tamaşaçılara təqdim ediləcək.

 

DİGƏR Xəbərlər Arxiv