YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İki iyirmi üç arasında”

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində rayon Mədəniyyət Mərkəzində Lənkəran Dövlət Dram teatrının ifasında “İki iyirmi üç arasında” əsəri səhnələşdirilib.

Tamaşadan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi sükutla anılıb.

Səhnə əsərinin prodüseri İntiqam Hacılı bildirib ki, sənədli teatr-verbatim janrında tamaşa Azərbaycan teatrı tarixində bir ilkdir və tamaşanın məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin fəaliyyətini tamaşaçılara və yeni nəslə çatdırmaqdır.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi ölçüyəgəlməz işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir və yeni-yeni qələbələr qazanılır.

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Nəcəfzadə tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki misilsiz rolundan danışıb.

Sonra Ulu Öndərin həyat və fəaliyyətindən, millətimizin özünüdərk prosesi yolundakı fəaliyyətindən bəhs edən tamaşaya baxılıb.

Verbatim tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sucəddin Mirzəyev, Zemfira Nəcəfova və digər istedadlı aktyorlar Şarud Mehdiyeva, Miraslan Ağayev, Qızılgül Quliyeva, Allahverən Babayev, Buludxan Buludov, Aynur Əhmədova, Hikmət Cəfərov, Saleh Əzimzadə, Ayşən Əsədova, Emil Rzayev, Məleykə Cəfərova, Gülər Kərimova, Əlirza Şahbazi, Rauf Zeynalov, Təvəkkül Həsənov, Günel Abbaszadə, Aysel Babazadə və Amil İbrahimli ifa ediblər.