YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyimizin xilaskarı

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Müstəqilliyimizin xilaskarı” adlı tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan Ulu Öndərin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət ilə ölkənin nüfuzu artıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafı təmin edilib, müstəqilliyimiz əbədi və dönməz olub. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı müasir müstəqil, qalib Azərbaycanla qürur duyur. Ölkəmizə hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu uğurlar Ümummilli Lider Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin və bu xəttin son 20 ildə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən muzey eksponatları ilə tanış olublar.

Sonda isə xatirə şəkli çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv