YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın “Jewish Journal” qəzetində Avropa Oyunlarının əhəmiyyətindən bəhs edilib

ABŞ-da çıxan “Jewish Journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin “Azərbaycan, İsrail, idman fərqlənməsi və universal dostluq” sərlövhəli məqaləsi dərc olunub. 

Məqalədə Bakıda başa çatan birinci Avropa Oyunlarından söz açılır.

M.Yevdayev məqalədə vurğulayır ki, Oyunlar onun qürur mənbəyinə çevrilib. Müəllif yazır ki, bir yəhudi və Azərbaycan vətəndaşı kimi, Azərbaycan və İsrail idmançılarının çoxlu sayda medal qazanmasına sevinir.

M. Yevdayev qeyd edir ki, Azərbaycanın yəhudi icması İsrailin ilk dəfə beynəlxalq idman yarışına 142 idmançıdan ibarət ən böyük nümayəndə heyəti göndərməsinə şad olub. Müəllif yazır: “İsrailin müsəlman ölkəsinə ən iri nümayəndə heyəti göndərməsi qeyri-adi görünə bilər. Əslində isə bu, Azərbaycan ilə İsrail arasında xüsusi münasibətlər olduğunu və bu münasibətlərin həqiqi əhəmiyyətini növbəti dəfə əks etdirir. M.Yevdayev qeyd edir ki, 68 min tamaşaçı tutan Bakı Olimpiya Stadionu Oyunların açılış mərasimində tribunların qarşısından keçən İsrail nümayəndə heyətini hərarətlə salamlayıb.

Sonra Azərbaycanda tolerantlıqdan danışan müəllif vurğulayıb ki, Avropa Oyunları Azərbaycanın ümumi sülhə, dostluğa və tolerantlığa sadiqliyinin möhtəşəm simvolu kimi xatırlanacaq.

 

DİGƏR Xəbərlər Arxiv