YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyevin gənclərə örnək siyasi kursu”

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihə həyata keçirilib.

Layihədə Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının tələbələri və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak ediblər.

Layihənin keçirilməsində məqsəd “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrədilməsidir.

Dörd günü əhatə edən siyasi kursun məruzəçiləri YAP Veteranlar Şurasının üzvləri Sudeyf İmamverdiyev, Şahlar Əsgərov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Aydın Mirzəzadə və YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətləri barədə məlumat verib, gənclərin suallarını cavablandırıblar.

Sonda layihədə iştirak edən gənclərə fəxri diplomlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv