YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əfqanıstan səfiri: Azərbaycanlı sülhməramlılar sayəsində dünya daha təhlükəsiz olur

Əfqanıstan son on üç il ərzində ölkədə sabitliyin təmin olunması işinə öz davamlı töhfəsini verdiyinə görə, Azərbaycana minnətdardır. Bu barədə Trend-ə Əfqanıstanın Bakıdakı səfiri Məhəmməd Taqi Xəlili deyib.

Diplomat bildirib ki, azərbaycanlı sülhməramlılar sayəsində Əfqanıstan və dünya daha təhlükəsiz bir yerə çevrilir: “Əfqanıstandakı azərbaycanlı sülhməramlılara missiyalarını yerinə yetirmələrində uğurlar arzu edirəm. Əminəm ki, onlar mərhəmət tarixində öz izini qoyacaq, adları və mərdliyi Əfqanıstan xalqının qəlbində və yaddaşında əbədi qalacaq”.

Xatırladaq ki, ötən gün NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 40 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

 

DİGƏR Xəbərlər Arxiv