YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniya nümayəndəsi: “Azərbaycan müxtəlifliyi ilə seçilən və sürətlə inkişaf edən iqtisadiyyata malik bir ölkədir”

Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR), Britaniya Dövlət Ticarət və İnvestisiya Departamenti (UKTİ) ilə birgə Londonda “Azərbaycanın neft və qaz imkanları” mövzusunda brifinq keçirib.

Tədbiri açan “Shell” şirkətinin regional direktoru Campbell Keir Azərbaycanda ticarət və investisiya imkanları haqqında məlumat verib. Qeyd edilib ki, ölkəmiz sürətlə inkişaf edir və xarici investisiyaları özünə sürətlə cəlb edir. Birləşmiş Krallıq hazırda Azərbaycana ən böyük sərmayə qoyan ölkədir. Dünyanın qabaqcıl şirkətləri Azərbaycana sərmayə yatırır, bu ölkə ilə qurulan geniş ticarət əlaqələri Avropa iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara təşəkkürünü bildirib. Azərbaycanın coğrafi mövqeyindən bəhs edən səfir, ölkəmizin Şərq ilə Qərbin qovşağına, strateji cəhətdən əhəmiyyətli bir bölgədə yerləşdiyini qeyd edib.

SOCAR-ın Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev təqdimatla çıxış edərək təmsil etdiyi şirkətin hazırkı fəaliyyəti və layihələri haqqında məlumat verib. Britaniya şirkətləri ilə qurulan qarşılıqlı əməkdaşlıqdan bəhs edən R.Əfəndiyev bp-nin Azərbaycana sərmayə qoyan başlıca şirkət olduğunu vurğulayıb, Azərbaycanın enerji sahəsindəki gələcək planları və yeni layihələr haqqında məlumat verib.

UKTI-nin təmsilçisi xanım Jacqui Mullen ötən günlərdə “Bakı-2015” birinci Avropa Oyunlarının uğurla başa çatması və yüksək səviyyəli təşkilatçılığa görə ölkəmizi təbrik edib.

Daha sonra çıxış edənlər ölkəmizdə neft və qaz sahəsində aparılan işlər, xarici şirkətlər və biznesmenlər üçün yaradılan fürsətlər haqqında məlumat veriblər.

 

DİGƏR Xəbərlər Arxiv