YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Ermənistanda hakimiyyət gec-tez dəyişəcək

«Ermənistanda vəziyyət gec-tez dəyişəcək. Çünki xalqın güvənmədiyi, inanmadığı bir qrupun idarəçiliyi uçuruma yuvarlanmalı idi və bu gün həmin durum göz önündədir».  Bu fikirləri  Milli Məclis deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Sarkisyan və onun rejimi tamamilə kənardan idarə olunan, saxta yolla hakimiyyətə gələn bir qrupdur. Onun sözlərinə görə, Sarkisyanın  apardığı siyasət Ermənistanda iqtisadi durumu ağırlaşdırmaqla, xalqın sosial vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarıb.

«Bu baxımdan xalq hakimiyyətə münasibətini aksiyalarla, piketlərlə ifadə etməyə vadar olub. Təbii ki, Ermənistan xalqı öz sözünü deməklə kənardan idarə olunan bu qrupu hakimiyyətdən getməyə təhrik edəcək ki, bu gün də olmasa sabah hakimiyyət dəyişikliyi baş verəcək»- deyə, F.Ağamalı qeyd edib.

DİGƏR Xəbərlər Arxiv