YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Zəfər Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 8 Noyabr-Zəfər Günü münasibətilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Vətən müharibəsi qazisi, mayor Taleh Eyyubov çıxış ediblər.

Qeyd olunub ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin tərkib hissəsidir. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi, Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirildi. Bu siyasət sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı Böyük Qələbə ilə Böyük Zəfər yaşadı. Bu Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz  ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür.

Xüsusilə vurğulanıb ki, Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlət başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın öz Liderinə sevgisi sonsuzdur. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Bu gün Xankəndidə, Ağdərədə, Xocavənddə, Əskəranda, Şuşada, işğaldan azad olmuş hər bir torpaqda dalğalanan müqəddəs üçrəngli ay-ulduzlu bayrağımız böyük Qələbə dastanının fəxarət və milli qürur rəmzidir.

Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzinin nümunəvi hərbi orkestri geniş konsert proqramı ilə çıxış edib.

DİGƏR Xəbərlər Arxiv