YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belçikalı idmançı İneke van Şoor: Bu, ən nüfuzlu medaldır!

Bu yaxınlarda Bakıda başa çatan birinci Avropa Oyunlarında Belçikanı təmsil edən idman akrobatikası üzrə Kaat Dumarey, İneke van Şoor və Jüli van Gelderdən ibarət üçlük üç qızıl medal qazanıb. Onların birinci medalı bu Oyunlarda Belçika milli komandası üçün də ilk medal olub. Bəlkə də buna görə qaliblərdən biri İneke van Şoor öz medalını “ən nüfuzlu” medal adlandırıb.

Onun tərəf-müqabillərindən biri Kaat Dumarey Bakıda məşqlər və çıxışlar üçün yaradılan gözəl şəraitdən danışıb. İdmançı müsahibəsində fəxrlə deyib: “Birinci Avropa Oyunlarında çıxış etdiyimizə, qızıl medalımızın isə bu Oyunlarda Belçikanın ilk qızıl mükafatı olduğuna görə sevincimin həddi-hüdudu yoxdur”.