YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Qasımov: İlk Avropa Oyunları ölkəmizin təbliğində böyük imkanlar yaratdı

«Azərbaycan I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi». Bu fikri Bakı Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov deyib.

E. Qasımov bildirib ki, bu əlamətdar idman tədbiri böyük  tarixi hadisədir. Onun sözlərinə görə, ilk Avropa Oyunları  ölkəmizin, o cümlədən, milli dəyərlərimizin təbliğində böyük imkanlar yaratdı.

«Bu prosesdə gənc könüllülərimiz də çox fəallıq göstərdilər. Azərbaycan Prezidenti İlham Əliyev könüllülərin fəaliyyətinə yüksək dəyər verib. Bu Oyunlar könüllülər üçün ünsiyyət, dünyagörüşü, yeni mədəniyyətlərlə tanışlıq üçün bir vasitə olmaqla yanaşı, onlar üçün böyük təcrübə olub, ölkəmizdə könüllülük institutu formalaşıb. Sevindirici hldır ki, bizim ali məktəbin tələbələri də ilk Avropa Oyunlarında könüllü kimi iştirak ediblər.  Tələbələr bu müddət ərzində könüllü kimi fəaliyyət göstərərək vətənpərvərlik və fədakarlıq nümayiş etdiriblər»- deyə, E. Qasımov vurğulayıb.