YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Münaqişələrin tezliklə həll olunması üçün səylər birləşdirilməlidir

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun yay sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı çıxış edərək münaqişələrin tezliklə həll olunması üçün səylərin birləşdirilməsinin, dövlətlərin ərazi bütövlüyünə və suverenliyə hörmət əsasında mehriban qonşuluq münasibətlərinin saxlanmasının vacibliyini bildirib.

Bahar Muradova qeyd edib ki, artıq münaqişələrin həlli prosesində “danışıqlar üçün rəsmi dəstək” və ya “həllinə ümid etmək kimi” ifadələr çərçivəsindən çıxmaq lazımdır. O vurğulayıb ki, münaqişə zonalarında status-kvonun qəbuledilməzliyi ilə bağlı praktiki addımlar atılmalıdır. Nə qədər gec deyil ATƏT və onun Parlament Assambleyası hərəkət etməlidir. Münaqişələr nəticəsində öz evlərindən didərgin düşmüş milyonlarla insanın əziyyətlərinin davam etməməsi üçün təcili addımlar atılmalıdır.

Müzakirələr zamanı çıxışında Azərbaycan Prezidentinin azərbaycanlıların İrəvana, Zəngəzura qayıdacaqları ilə bağlı fikirlərini qeyd edən Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyana cavab verən Bahar Muradova deyib: “Cənab Geqamyan, təşəkkür edirəm ki, bunu qeyd etdiniz. Azərbaycan İrəvan da daxil olmaqla öz tarixi torpaqlarına qayıdacaq. Buna əmin ola bilərsiniz”.