YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın dövlət katibi Bakıya yeni gətirilmiş avtobuslarla tanış olub

Azərbaycanda səfərdə olan Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Fekl iyulun 6-da “Bakubus” MMC-yə məxsus avtobuslarla tanış olub.

Dövlət katibinə məlumat verilib ki, ümumilikdə “BakuBus” MMC-nin avtoparkı Fransa istehsalı olan 151 “Iveco Crealis” və 151 “Iveco Urbanway” markalı avtobuslarla təchiz olunub. Avtobusların hər birində 26 oturacaq var. Bundan başqa, bu nəqliyyat vasitələri 74 sərnişini ayaqüstə daşıya bilər. Avtobuslar yaşlılar və əlillər üçün yerlə də təchiz edilib. Avtobusun daxilində istifadə edilən bütün materiallar beynəlxalq standartlara uyğun olmaqla yanğına davamlıdır. Avtomatik transmissiya ilə birgə avtobusda ABS, ASR və sürəti tənzimləmə sistemi quraşdırılıb. Avtobusun ümumi konstruksiyasında soyuq və istini izolə edən materiallardan istifadə olunub ki, bu da sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub.

Matias Feklin diqqətinə çatdırılıb ki, bu avtobuslardan “Bakı-2015” birinci Avropa Oyunları zamanı tamaşaçıların daşınması üçün də istifadə edilib.