YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur

Yardımlı rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Yardımlı rayon təşkilatı oktyabr ayının 25-də tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib.  Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib.

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirib ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. O, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını söyləyib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov vurğulayıb ki,  Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dönəmlərdə liderlik missiyasını layiqincə yerinə yetirib. Onun uzaqgörən və məqsədyönlü siyasəti sayəsində müstəqilliyimizin dönməzliyi təmin edilib və Azərbaycan böyük intibah yoluna qədəm qoyub.          

Milli Məclisin deputatı Musa Qasımlı Ulu Öndər Heydər Əliyevin həyatının xalqa xidmətin ən mükəmməl örnəyi olduğunu deyib. O bildirib ki, Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. 

Milli Məclisin deputatı Məşhur Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, azərbaycançılıq ideyasının banisidir. Dahi rəhbərin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edir. Ümummilli Liderimizin ideya və prinsiplərinə sadiq qalan Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmlənib.

Yardımlı rayon Alçabulaq kənd tam orta məktəbinin direktoru, şəhid atası Ədalət Qarayev və Yardımlı şəhər 1 saylı tam orta məktəbin müəllimi Aygün Şabiyeva  bildiriblər ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edərək zirvələr fəth edir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar təqdim olunub.