YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib

Oktyabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibatı binasında qanvermə aksiyası keçirilib.

Aksiya YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub. 

Aksiyada partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla 300-dən çox YAP üzvü iştirak edib.

Qanvermə aksiyasına Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub.

Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova bildirib ki, aksiyanın məqsədi talassemiya, irsi qan xəstəliklərindən və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir. Burada toplanan qan bu kateqoriyalardan olan xəstələr üçün istifadə olunacaq.

Onun sözlərinə görə, qanvermə həm məsuliyyətli, həm də xeyirxah və qürurverici missiyadır: “Qana həmişə ehtiyac var. Çünki qanı heç bir dərman vasitəsi əvəz edə bilməz. İnsanlar qan verən zaman bir insanın deyil, üç insanın həyatını xilas etmiş olurlar. Çünki qan müxtəlif komponentlərə ayrılır ki, bunlar da ayrı-ayrı xəstələrə köçürülür. İnsanlar ildə bir neçə dəfə qan verə bilərlər. Qanvermənin bir çox faydaları var. Bu, təzyiq xəstələri üçün faydalıdır, eləcə də infarkt riskini aşağı salır. Yeni Azərbaycan Partiyası qanvermə aksiyalarına hər zaman dəstək olur. Budəfəki təşəbbüsünə görə də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatına və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, belə aksiyalar bundan sonra da davam edəcək”.