YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Sağlam gələcək, xoşbəxt cəmiyyət

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq sentyabr 28-də Ağcabədi rayonunda “Sağlam gələcək, xoşbəxt cəmiyyət” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anılıb.

Ağcabədi rayon Mədəniyyət evində baş tutan tədbirdə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd və Tərtər rayonlarını təmsil edən gənclər iştirak ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Xətai Zeynalov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Ağcabədi Rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, cəmiyyətin intellektual potensialının aşağı düşməsinə, genefondun ciddi zərər görməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən dövlətimiz imkanlarını səfərbər edərək  beynəlxalq mübarizəyə fəal qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifə və tapşırıqları yerinə yetirmək məqsədilə artıq ikinci ildir ki, YAP Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə Tədbirlər Planına əsasən respublikamızın müxtəlif bölgələrində aidiyyatı dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə silsilə tədbirlər keçirilir. Məqsəd gəncləri məlumatlandırmaq və maarifləndirmə yolu ilə sağlam gələcəyimizin təmin olunmasına töhfə verməkdən ibarətdir.

İnteraktiv formada davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər (“Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) paylanılıb.