YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkında olublar

Sentyabrın 27-də - Anım Günündə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul əməkdaşları, Gənclər Birliyinin üzvləri, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Əvvəlcə saat 12:00-da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra YAP nümayəndələri Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri düzüb, qəhrəman Vətən övladlarını dərin hörmət və ehtiramla anıblar.