YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni tarixi bir şans

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Düşmən bu dəfə “Dəmir Yumruğun” qarşısında bir gün belə davam gətirə bilmədi. Belə də olmalı idi. Çünki Ali Baş Komandan, Prezident İlham Əliyev istər 44 günlük Vətən müharibəsindən əvvəl, istərsə də bir gün belə davam etməyən ikinci qələbəmizdən əvvəl dəfələrlə xəbərdarlıq etdi. “Düz yola gəlin, “Dəmir Yumruğ”u unutmayın!”,-çağırışını etdi.

Prezident İlham Əliyev may ayında Laçından Qarabağdakı cinayətkar rejimlə bağlı xəbərdarlığını etmişdi: “Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalıınca getdi. Statusu isə biz Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq”.
Ali Baş Komandanımız deyir və edir. Sentyabrın 19-dan 20-dək Müzəffər Ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri bir daha göstərdi ki, heç bir xəbərdarlıq söz xatirinə deyilmir. Və 23 saat ərzində “Dəmir yumruq” Qarabağda qalan separatçıların başın birdəfəlik əzdi. Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişsiz yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi, hərbi texnikası məhv edildi və sıradan çıxarıldı.
Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Ağ bayraq qaldıraraq təslim olduqlarını bildirən qanunsuz erməni silahlı birləşmələrinin sentyabrın 20-dən etbarən mövqelərdən çıxarılma və silahların təhvil verilmə prosesi başlandı. Artıq ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrini nəzarətə almağa başlayıblar.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur. Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”.
Eyni zamanda Prezident İlham Əliyev onu da vurğulayıb ki, “onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür”.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin antiterror tədbirlərinin dayandırılması ilə bağlı şərtlərinə uyğun olaraq qarşı tərəfin ifadə etdiyi razılıqda bu məsələ də öz əksini tapıb. Qarabağda yaşayan erməni icmasının nümayəndələri təklif etdiyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar. Cənab İlham Əliyev müraciətində bu məqama diqqəti yönəldərək bildirdi ki, “Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir”.
Prezident İlham Əliyev xalqa müraciətində onu da qeyd etdi ki, heç bir kənar yardım olmadan, yalnız ölkəmizin vəsaiti hesabına, cəmi iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilib, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur, indi də bu işlər sürətlə davam edir. Gələcəkdə isə bu şərait Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər kəndlərdə yaradılacaqdır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. 
Müzəffər Ali Baş Komandan xalqa tarixi müraciətində bir daha bizə xor baxanlara, torpağımıza göz dikənlərə, uğurumuzu həzm edə bilməyənlərə mesajını çatdırdı: “Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”