YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Antiterror tədbirlərinə təhrik edən erməni təxribatları

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi və məlum 4 qətnaməsinə əsasən Ermənistanın hərbi təcavüzünə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib. Lakin Azərbaycan bölgədə sülh və iqtisadi tərəqqi çağırışları ilə çıxış etdiyi bir zamanda bəzi qonşularımız tərəfindən təzahürləri səngimir. Bütün bunlara baxmayaraq Qarabağda hələdə separatçı rejimin qalıqları qalmaqda davam edir. Qarabağda separatçı rejimin varlığına Azərbaycan göz yuma bilməzdi. Bu səbəbdən Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.

Azərbaycan dövləti artıq Qarabağda yaşayan erməni vətəndaşlarının da rifahı və sülh içində yaşaması üçün istənilən təminatı verəcəyini dəfələrlə açıqlayıb. Ancaq Ermənistandan fərqli olaraq beynəlxalq ictimaiyyət tərəfindən qlobal miqyasda hər zaman öz sözünün ağası olan, vədlərini hər zaman yerinə yetirən Azərbaycan dövlətinə inanmaq əvəzinə ermənilər qaçmağı seçirlərsə, bu, onların öz əməllərindən xəbərdar olduğunu göstərir. Cəzalanmaqdan qorxanlar, Azərbaycanın qələbəsini həzm edə bilməyənlər, bir vaxtlar doğma torpaqlarından qovulmuş azərbaycanlıların evlərində məskunlaşdırılanlar bu gün qaçırsa, demək regionumuz separatçılardan təmizlənir.

Separatçılar anlayırlar ki, Azərbaycan dövləti üçün münaqişə artıq başa çatıb. Qarabağda, hətta onun 3-5 evlik kəndində belə separatçılar üçün ən kiçik bir ümid belə qalmayıb. Bura Azərbaycan torpaqlarıdır və qüdrətli Azərbaycan dövləti öz ərazi bütövlüyünü tam bərpa edib. Bu məsələdə nə Azərbaycan dövləti, nə də xalqı zərrə qədər güzəştə getməyəcək. Artıq regionda erməni terroruna, separatizminə, özbaşınalığına yer qalmayıb. Ermənilərin burada yaşamağa davam etməsinin yeganə şərti Azərbaycan vətəndaşı olmaları barədə həqiqəti təsdiq etmələridir. Bu həqiqəti qəbul etməyənlər, revanşist hislərlə yaşayanlar və separatçıların aqibəti isə göz qarşısındadır.