YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövlətçiliyinin xilaskarı

Xızı rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Xızı rayon təşkilatı sentyabrın 20-də rayon Heydər Əliyev Mərkəzində tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub. 

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib. Prezident İlham Əliyev ölkəmizə möhtəşəm nailiyyətlər qazandırır.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov söyləyib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın müstəqil dövlət kimi inkişafını təmin edib.

YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva vurğulayıb ki, ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib: “Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi kimi qüdrətli və qalibdir”.

YAP İdarə Heyətinin üzvü Elnarə Akimova Heydər Əliyev irsinin xalqımızın milli sərvəti olduğunu bildirib. O qeyd edib ki, Ümummilli Liderimizin ideyaları əbədişayardır. “Müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında uğurla inkişaf edir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkəmizin dünyada güclü və nüfuzlu dövlət kimi tanınmasını şərtləndirib”,- deyə E.Akimova söyləyib.

Milli Məclisin deputatı Müşfiq Məmmədli ölkəmizdə qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib, 1994-cü il sentyabrın 20-də imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişinin əhəmiyyətindən bəhs edib.  O bildirib ki, bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib. YAP sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.