YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir

Sentyabrın 13-də baş tutan rəsmi qəbulda Haynan Əyalətinin Partiya Komitəsinin sədri, Əyalət Xalq Konqresinin sədr müavini Lu Qanq sənaye və ekologiya sahələrində həyata keçirilən layihələrdən bəhs edib. O qeyd edib ki, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində görülən işlər havanın 97 faiz təmizlənməsini mümkün edib. Zərərli tullantıların azaldılması, əyalətin flora və faunasının mühafizəsi, yaşıl enerji istehsalı ekoloji cəhətdən sağlam və təmiz mühitin formalaşmasını təmin edib.

Yeni Azərbaycan Partiyası (YAP) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov öz növbəsində Azərbaycanda həyata keçirilən ekoloji siyasət barədə məlumat verib, işğaldan azad edilmiş ərazilərdə mütərəqqi texnologiyalar əsasında “yaşıl enerji” layihələrinin reallaşdırıldığını, bərpaolunan enerji mənbələrindən səmərəli istifadə olunması istiqamətində mühüm addımların atıldığını qeyd edib. O, Çinin bu sahədə təcrübəsinin maraq doğurduğunu, Çin şirkətlərinin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsində iştirakının arzu olunduğunu vurğulayıb.

Həmin gün nümayəndə heyəti Çinhay gölünə dair ekoloji sərgiyə baxış keçirib, Günəş Enerjisi İstehsalı və Təcrübə Bazasını, Təmiz Enerji Sənaye Parkını, həmçinin Çinhay gölünün cənubunda yerləşən Antilopların Qorunması Bazasını ziyarət edib.