YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qida böhranı” yaşayanlar, yoxsa ziddiyyətdən qidalananlar?! – TƏHLİL / VİDEO

Artıq 10 gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərdiyi humanitar yük avtomobilləri Ağdam-Xankəndi yolunda gözlədilir. Separatçılar bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Qarabağ ermənilərinin tələbatlarının ödənilməsi məqsədilə uzatdığımız yardım əlini yola beton plitələr düzməklə geri çevirir.

Maraqlıdır, “Qarabağ Azərbaycandır” demək məcburiyyətində qalan və deyən Ermənistan rəhbərliyi Bakının göndərdiyi ərzağın qəbul edilməsinə mane olur, başqa bir ölkənin humanitar yardımına isə “qucaq açır”. Görünən odur ki, onlara ərzaq yox, başqa ehtiyaclar lazımdır.

Daha dəqiq desək, əsas məqsəd Laçın yolunun tam istismarı ilə cinayətkar əməllərin həyata keçirilməsinə, silah, sursat, mina, terrorçuların Qarabağa maneəsiz daşınmasına nail olmaqdır.

Axı 30 ilə yaxın müddət ərzində bölgədən “mafia zonası” kimi istifadə edən separatçılar 44 günlük müharibə nəticəsində həm də qaçaqmalçılıq yolu ilə əldə olunun gəlirlərdən məhrum olublar. Belə olan halda, onlar “humanitar böhran” şousu fonunda Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlərini davam etdirməyə çalışırlar. Lakin həm haylar, həm də onların harayına yetişərək “humanitar yük kisələri”ndə bölgəyə soxulmağa cəhd edən Fransa kimi ölkələr üçün həmin dövr sona çatıb. Laçın yolundan hərəkətin intensivləşməsi – kommersiya məqsədləri üçün istifadəsi yalnız bir halda mümkün olacaq. Ağdam-Xankəndi yolu açıldıqdan sonra. Əlbəttə ki, Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etmək şərtilə.

Bundan sonra isə Qarabağın erməniəsilli sakinləri ya Bakının reinteqrasiya təklifini qəbul edəcək, ya da ərazilərimizi tərk edəcəklər. Başqa sözlə desək, əgər onlar Azərbaycan ərazisində yaşamaq istəyirlərsə, separatçı-quldur dəstənin təsirindən çıxmalı, rəsmi Bakının görüş təklifini müsbət dəyərləndirməlidirlər, əks halda səfalətdən qurtula bilməyəcəklər.

Bəli, hər zaman olduğu kimi, bu məsələdə də beynəlxalq hüquq prinsiplərindən çıxış edən Azərbaycan suveren ərazilərində hər hansı bir “boz zona”nın yaranmasına və regionun yenidən münaqişə ocağına çevrilməsinə imkan verməyəcək. Ona görə də Ermənistan ona verilən son şansdan istifadə edərək reallıqları qəbul etməlidir...