YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh danışıqları ilə bağlı mövqeyimiz beynəlxalq hüquqa əsaslanır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra ölkəmiz  regionda dayanıqlı sülhün  və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. İki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərdə  Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən təklifini dəstəkləsə də konkret məqam yetişəndə  hələ də gözləmə mövqeyində qalmaqdadır.

İyulun 11 də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən  2023-cü ilin sosial-iqtisadi yekunlarna həsr olunmuş müşavirədə  bu məqamlara xüsusi diqqət yönəldilərək belə bir çağırış edildi ki, Ermənistan sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.

Görünən budur ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün zəruri addımları atır,  bütün öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində səylər göstərir. Ermənistan isə hər vasitə ilə  bu öhdəliklərin icrasından yayınır, sülh müqaviləsinin  imzalanmasının uzanmasında maraqlı olduğunu nümayiş etdirir.

Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidələrimiz dağıdıldı,  məscidlərimizdə doğnuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Lakin son iki ildən artıq dövrün reallıqlarına diqqət yetirsək Ermənistan 44 günlük  İkinci Qarabağ müharibəsində aldığı dərsdən nəticə çıxarmayaraq dəfələrlə təxribatlar törədib.  “Dəmir yumruğ”un davamı olaraq “Qisas”, “Qətiyyətli cavab”, eyni zamanda, ötən ay yenidən “Qisas”  əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu çağırışı  edir ki, əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik: “Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq.”

Dövlət başçısı İlham Əliyev bu bəyanatların davamı olaraq müşavirədə belə bir çağırışı etdi ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki,  sülh anlaşmasına daha da yaxınlaşaq: “Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır.”

O da qeyd edildi ki, son dövrün reallıqlarından biri Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət etməsidir. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir: “İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik.”

Göründüyü kimi, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan sülh müqaviləsinin də bu prinsiplər əsasında imzalanmasına səy göstərir. Əksər dünya gücləri bəyanatlarını konkret əməl ilə əvəzləyib işğalçı Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etsələr  bölgədə dayanıqlı sülhü təmin etməklə yeni əməkdaşlıq formatlarının reallığa çevrilməsinə dəstək ola bilərlər.

DİGƏR Xəbərlər Arxiv