YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı inkişafın Azərbaycan modeli

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Bütün ölkələrdə sabitlik iqtisadi inkişafın əsas amili hesab olunur və bunu Azərbaycanın Respublikasının nümunəsində aydın görmək olur.   Dünyanın müxtəlif bölgələrində siyasi və hərbi böhranın yaşanması, qanlı toqquşmaların və münaqişələrin geniş vüsət alması dünya ictimaiyyətini ciddi narahat etdiyi bir dövrdə Azərbaycanda təhlükəsizlik tədbirləri davam etdirilir, sabitlik və əmin-amanlıq təmin olunur. Ölkə başçısı İlham Əliyevin düşünülmüş siyasətinin, gələcəklə bağlı mükəmməl proqramların icrasının və xalq-iqtidar birliyinin nəticəsi olaraq Azərbaycan öz inamlı inkişafını davam etdirir. Ölkə iqtisadiyyatı yüksələn xətlə inkişaf edir, sabitlik və iqtisadi tərəqqi dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsində də öz sözünü deyir. Azərbaycanın Ermənistandan başqa bütün qonşu ölkələrlə əlaqələri gündən-günə güclənir ki, bu da təhlükəsizlik, sabitlik və iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir.

Ölkədə mədəniyyətlərarası dialoqun gücləndirilməsi və multikulturalizmin inkişafı sahəsində əldə olunan uğurlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir və artıq dünya birliyi Azərbaycana böyük hörmətlə yanaşır, ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.

Bu gün Azərbaycan heç kimdən asılılığı olmayan, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən, xalqın iradəsinə və milli maraqlara söykənən dövlət siyasətinə alternativ yoxdur.

Ölkəmizdə əvvəlki illlərdə olduğu kimi, 2023-cü ilin altı ayı ərzində də öz nəticələrini verməkdə olan lazımi tədbirlər görülmüş, ixracı stimullaşdırmaq və idxaldan asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və sənaye potensialının gücləndirilməsi sahəsində səmərəli işlər həyata keçirilmişdir.

Bunu iyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söylənilən fikirlər təsdiq edir və ölkəmizin hərtərəfli dayanıqlı inkişafı vətəndaşlarımızın məmnunluğuna xidmət edir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, bu ilin altı ayında əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi oldu. Genişmiqyaslı islahatlar, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafına yönələn tədbirlər, eyni zamanda, bu inkişafın fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Bu gün  Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir. Tarixi Zəfərimizdən dərhal sonra başlanan genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın mərhələli şəkildə öz dogma yurd-yuvalarına qayıdışı ilə müşaiyət olunur.

Ölkə başçısı nəzərdə tutulmuş planlardan bəhs edərək vurğuladı ki, infrastruktur layihələrinin icrası yalnız Qarabağ və Şərqi Zəngəzuru deyil, bütövlükdə ölkə ərazisini əhatə edir. O cümlədən, Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı da dövlət proqramı qəbul edilmişdir. Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır. Proqram ölkəmizin öz resurslarına əsaslanıb. Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qoyulub. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Naxçıvanda günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur. Burada məqsəd həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin etmək, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac etməkdir.

Cənab İlham Əliyevin müşavirədəki çıxışında bu məqam xüsusilə diqqətdə oldu: “Reallıq budur ki, iqtisadi və maliyyə imkanlarımızın genişliyi hər bir sahədə davamlı uğurlara nail olmaq üçün zəruri tədbirlərin görülməsinə stimul verir.  Müşavirədə qeyd edildi ki, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və digər amillər ilin ortasında büdcəyə yenidən baxmağa və dürüstləşmə aparmağa imkan verdi. “Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik” söyləyən dövlət başçısı hazırda büdcəmizin  36 milyard manatdan çox olduğunu xüsusi vurğulayaraq  onu da əlavə etdi ki, bu,  həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, həm azad edilmiş torpaqlarda geniş quruculuq işlərini aparmağa və həm də hərbi gücümüzü artırmağa imkanlar yaradır. Büdcəyə 3 milyard manatdan çox vəsait əlavə edilib ki, bunun 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə yönəlib. Bu mühüm addım dövlətimizin siyasətində hər iki istiqamətin prioritetliyini təsdiqləyir.” Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur

Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi nəticələrdə özünün aydın ifadəsini tapır: “Belə ki, bu ilin ötən dövründə Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub. Bütövlükdə 2023-cü ilin sonuna qədər beş yaşayış məntəqəsində - bir şəhər və dörd kənddə soydaşlarımız tam məskunlaşacaqlar. Dövlət başçısı İlham Əliyev müşavirədə bu statistik rəqəmi açıqladı ki, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur.  Ölkə Prezidenti bu günədək 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak edib. Hər bir statistik rəqəm Azərbaycanın malik olduğu imkanlarla yanaşı, hədəflərə zamanında və yüksək səviyyədə nail olmasının təqdimatıdır.”

İqtisadiyyatın inkişafı ordu quruculuğuna öz müsbət təsirini göstərmiş, bu sahə daim dövlətin diqqət mərkəzində saxlanılmışdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir və ordumuzun gücü 44 günlük müharibə zamanı olduğundan daha da çoxdur. Ordumuz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından günü-gündən güclənir. Dövlət başçısı İlham Əliyev müşavirə zamanı xüsusi olaraq qeyd etdi ki, iki istiqamət üzrə - hərbi potensiala və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq. Bu siyasət ölkəmizin qüdrətini artırır. Çünki bu gün dünyada güc amili ön plandadır. Son iki il yarımın reallıqları bir daha təsdiqlədi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz.  Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə cəhdlər də olmayacaq.”

Bəli bu reallıqlar sabitliyə əsaslanan dayanıqlı inkişafın müsbət nəticəsidir və bu reallığı şərtləndirən əsas amil Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətidir.

DİGƏR Xəbərlər Arxiv