YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda görüş keçirilib

YAP Bərdə rayon təşkilatı Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələri ilə görüş keçirmişdir.

Əvvəlcə YAP Bərdə rayon təşkilatının rəhbərliyi və kollektivi rayonun media nümayəndələri ilə birlikdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, əziz xatirəsinə ehtiramlarını biıldirmişlər.

Tədbir Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlamışdır.

Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya media nümayəndələrini bayram münasibətilə təbrik etmiş, milli mətbuatın keçdiyi böyük yola işıq tutmuş, Ulu öndər Heydər Əliyev tərəfindən senzuranın ləğvinin əhəmiyyətindən, gövlətin bu sahəyə olan diqqət və qayğısından danışmışdır. Fəqət Şadlinskaya Vətən müharibəsində qazanılan böyük Qələbənin əldə olunmasında media nümayəndələrinin də bütün xalq və Ordu kimi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx, dəmir yumruq kimi birliyini xüsusilə vurğulamışdır.

Tədbirdə iştirak edən şəhid anası Arzu Hüseynova, rayon təşkilatı aparatının məsul işçiləri media nümayəndələrinin bayramını təbrik etmişlər.

Görüşdə çıxış edən jurnalist və media nümayəndələri –  Şöhrət Eyvazov, Rafiq Hüseynov, Əbülfət Mirzəyev,  Şükufə Əliyeva,  Vaqif Məhəmmədoğlu,  Mustafa Həsənov,  Zahir Süleymanov və başqaları ölkə Prezidenti İlham Əliyevə və ölkənin  Birinci vitse-Prezidenti  Mehriban xanım Əliyevaya bu sahəyə göstərdikləri diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmiş, bütün media ailəsi adindan dərin minnətdarlıqlarını bildirmişlər.

Sonda rayonun media nümayəndələrinə hədiyyələr təqdim edilmişdir.  

DİGƏR Xəbərlər Arxiv