YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Goranboyda şəhid ailələri ilə görüşüb

Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov Goranboy rayonunda şəhid ailələri ilə görüşüb.

Görüşdə rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri iştirak edib. Deputat görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələləri nəzarətə götürüb.

Anar Məmmədov diqqətə çatdırıb ki, şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə və qazilərə qayğı hamımızın vətəndaşlıq borcudur. Xalqımız heç zaman şəhidlərini unutmayacaq, onların ailələrini və qazilərimizi hər zaman uca tutacaq.

Görüş zamanı Vətən uğrunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan igidlərimizin ailələrinə bir daha başsağlığı verən deputat, onlara belə qəhrəman oğullar böyütdükləri üçün təşəkkürünü bildirib.

DİGƏR Xəbərlər Arxiv