YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli, yoxsa ləyaqətsiz siyasət?

Fransanın “qətiyyətli siyasət” dediyi bizim ləyaqətimizi alçaltmaqdır. Bunlar bizi belə bir inanca gətirib çıxarıblar ki, guya biz insan varlığı deyilik, yarıminsanıq.

Bu sözləri jurnalistlərə müsahibəsində Müstəqil Martinika naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Klodet Düamel deyib.

"Yaşlı nəsil də “qətiyyətli” siyasətin qurbanı olur, bu düşüncəyə inanır, gələcək nəslə bu fikri ötürür. Nəticədə gənc nəsil də bu düşüncədə, mədəniyyətdə, dünya görüşündə yetişir. Belə olan halda, onlar öz suverenliyini, müstəqilliyini anlamırlar. Bu da Fransanın xalqlar üzərində dominantlığına şərait yaradır", - deyə Martinika nümayəndəsi qeyd edib.

O bildirib ki, xalqın ləyaqəti Fransa üçün alış-veriş predmetinə çevrilir. “Yerli xalq öz torpaqlarının sahibi deyil. Bizim mədəniyyətimiz, təhsilimiz, dilimiz, iqtisadiyyatımız Fransanın təsiri altındadır. Yerli xalq olaraq itirilmiş hüquqlarımızı bərpa etmək üçün digər xalqlarla birgə mübarizəyə qoşulmalıyıq və bu cür tədbirlər bizi birləşdirməkdə rol oynaya bilər", - deyə o əlavə edib.